Work

Küçük Şeyler

wd:Q43100533

Kiçik Şeylər (türk. Küçük Şeyler, osm. كوچوك شيلر) — Sami Paşazadə Səzai tərəfindən yazılan və 1891-ci ildə nəşr olunan hekayə kitabı. Qısa hekayənin qərb ədəbiyyatındakı hekayələrə oxşar xüsusiyyətlərə malik olan türk ədəbiyyatının ilk nümunəsi olaraq qəbul edilir. Kitab ədəbiyyat tarixçilərinin qısa qiymətləndirmələrindən başqa çox diqqət cəlb etməmişdir. Hekayə ilk dəfə nəşr olunmasından sonra bir də nəşr olunmamışdır. Hekayə Türkiyənin öz rəsmi dilini latın qrafikasına çevirməsindən sonra, yeni hərflərlə nəşr olunmamışdır. Qısa həmcli olan hekayə, yazıçının bütün əsərlərini bir araya gətirən Zeynəb Kərman tərəfindən tərcümə edilmişdir. Hekayə hal-hazırda nəşriyyat evlərində müasir türk dilində, Küçük Şeyler (azərb. Kiçik Şeylər‎) adı ilə nəşr olunur. Əsərin 1891-ci ildə Matbaa-i Ebüzziya nəşriyyat evində nəşr olunan nüsxəsi, İstanbul Böyükşəhər Bələdiyyəsi Osmanlı dilindəki kitablar kolleksiyası nəzdində Atatürk kitabxanasında yerləşir. Bir müqəddimə altı hekayə (müvafiq olaraq "Bu Böyük Adam Kimdir?", "Heç", "Pişiklər", "İki Yüz Əlli Kuruşa Bir Əsr", "Toy", "Pantomima") ilə Alfons Dode tərəfindən tərcümə edilən "Arleziyalı" adlı bir hekayədən ibarət olan "Küçük Şeyler"də sonradan əlavə olunan mənsurə olaraq adlandırıla bilən növdə yazılmış olan "Bir Kitâbe-i Seng-i Mezâr" adlı mətn də mövcuddur. Həm romantizm, həm də realizmin cərəyanlarını ehtiva edən və müşahidə əsaslı olan əsərdə hadisələr və personajlar qanunauyğunsuz xüsusiyyətlər daşımır. Səzai bu əsəriylə Namiq Kamal və Əbdülhaq Hamid Tərxan üslüblarından qismən uzaqlaşmaqla birlikdə yenə də təsvirlərinə şəxsi duyğularını qatmaq surətiylə romantizmdən tamamilə ayrıla bilmədiyini göstərmişdir. Əsər, əvvəlcə Xəlid Ziya Uşaqlıgil olmaqla, "Edebiyat-ı Cedide" yazıçılarına böyük ölçüdə təsir göstərmişdir. "Küçük Şeyler" əsəri üçün müsbət rəylərdən başqa, bəzəkli izahıyla özünə zidd olduğu və ədəbi dəyərinin yüksək olmadığına dair mənfi görüşlər də var.
Read more or edit on Wikipedia

language: Ottoman Turkish
genre: short story

Public
nothing here

editions

  • no edition found
add
add an edition without an ISBN

Welcome to Inventaire

the library of your friends and communities
learn more
you are offline